Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.