Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb

15:25 - 18 Noyabr 2021 - ÖLKƏ İÇİ

Oktyabr ayında Bakıda torpaq sahələrinin qiyməti əvvəlki ayla müqayisədə 9,24 faiz ucuzlaşıb.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə torpağın qiymətində 12,34 faiz ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında torpağın bir sotunun orta qiyməti 18 878 manat təşkil edib.

Bildirilib ki, torpaq qiymətlərinin ucuzlaşması mövsümi xarakter daşıyır:

"Qış aylarında torpağa tələbat azaldığı və torpaq bazarında aktivlik aşağı düşdüyü üçün qiymətlərə təsir göstərir", - deyə məlumatda qeyd edilir.

Xəbər xətti