Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aydınqışlaq kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, həmin şəxsin rayonun Zarağan kənd sakini Şakir Hacıyev olduğu müəyyən edilib və o, polis şöbəsinə gətirilib. Həmin şəxsdən ovladığı qırqovul və BUM markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.