Kursantın intiharı ilə bağlı cinayət işi açıldı

11:34 - 18 Noyabr 2021 - HADİSƏ

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX Akademiyasının kursantı, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.

Xəbər xətti