Şəhid olan hərbçilərimizin FOTOLARI

11:52 - 17 Noyabr 2021 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkələrdə şəhidlərimizin fotoları yayılmağa başlayıb. 

Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. N.Əliyev əslən Gəncədəndir, hərbçimizin azyaşlı qızı bizə əmanət qalıb. 


Digər şəhidimiz leytenant Niftəliyev Ümüd Oruc oğu Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.

Daha bir qəhrəmanımız şəhid Elçin Əliyev Şirvan şəhər Bayramlı qəsəbəsindən olub.

Daha bir şəhidimiz Elmin Əlizadə əslən Mingəçevir şəhərindən olub.

Digər şəhid Agayev Elçin Mərifət oğlu əslən Cəlilabad rayonundandır.

Əslən Quba rayonundan olan gizir Orxan Cabbarov da dünən şəhid olub.

Əsgər Murad Xəlilov da dünən şəhid olan 7 hərbçidən biridir.

Allah şəhidlərimizə rəhmət eləsin!
///qafqazinfo

Xəbər xətti