Bakıda gənc oğlanı avtomobil vurub

23:09 - 16 Noyabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əzimov Natiq Aydın oğlu Aeroport yolunda piyadalar üçün nəzərdə tutulmayan yerdən keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti