Şəmkirdə zəncirvari qəza - bir ailənin 3 üzvü ölüb, 5 nəfər xəsarət alıb

15:26 - 16 Noyabr 2021 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun rayonun Qasımallar kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2106" hərəkətdə olan "VAZ 2107" markalı avtomobilə çırpılıb. "VAZ 2107"-də olan sərnişinlər – Bayram Gözəlov, Gəncalə Əliyeva və Aliyə Əliyeva hadisə yerində dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.

"VAZ 2107"-nin sürücüsünün övladları Yasin və Hüseyn Gözəlovlar və digər sərnişin Hicran Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

"Mercedes"-in sürücüsü Elməddin Zeynalov və "VAZ 2106"-nın sürücüsü Sənan Allahverdiyev də xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti