Faktiki hava AÇIQLANIB

12:00 - 16 Noyabr 2021 - ÖLKƏ İÇİ

Noyabrın 16-sı saat 11:30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a bildirilib ki, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Xəbər xətti