Minaya düşən şəxsin ölümü ilə bağlı bəzi detallar məlum olub

20:50 - 15 Noyabr 2021 - HADİSƏ

Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub. APA-nın hadisə yerində olan əməkdaşlarına verilən məlumata görə, Zaur Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşüb. Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur.

Xəbər xətti