Əməkdar artist Almaz Ələsgərli qızları Mədinə və Əminənin illər əvvəl ailə qurub boşanmasından söz açıb.
Ucnoqta.az xəbər verir ki, müğənni "Onun sirri" verilişində bu sözləri deyib: "Uşaqlarıma görə pis günlərə qalmışam. Hər ana, ata istəyir övladı xoşbəxt olsun. Qızlarım ailə qurdu, amma dalbadal ikisi də ayrıldı. şükürlər olsun ki, indi böyük qızım ailə qurub. İki nəvəm var. Bu yaxınlarda üçüncü nəvəm də dünyaya gələcək. Həyat davam edir, hər qazanın öz qapağı var. Hamının həyatında bu iş ola bilərdi. Hər şeyə biz hazır olmalıyıq. Elə bilirdim ki, qızlarım ailə quranda yaxşı olacaq. Yaxşı yaşamaları üçün canımı verdim, amma alınmadı. Gedib toyda oxuyanda da elə bilirdim toy üstümə gəlir. Deyirdim, axı niyə? Qızlarımı elə böyütdüm, tərbiyə verdim, hər şey etdim. Niyə onlar ayrıldı?".///lent.az