Cəlilabadda 14 yaşlı qız intihar edib (Yenilənib)

21:15 - 14 Noyabr 2021 - HADİSƏ

Cəlilabad rayonunda intihar edən qızın şəxsiyyəti müəyyənləşdirilib.

Bu, 2007-ci il təvəllüdlü Əmirova Şəlalə Aqşin qızıdır.

Qeyd edək ki, hadisə rayonun mərkəzində, Səməd Vurğun küçəsində qeydə alınıb. Ş.Əmirova özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///report


XXX

Cəlilabadda intihar hadisəsi baş verib.

Hadisə axşam saatlarında Qarazəncir kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 14 yaşlı qız özünü asaraq intihar edib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti