Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

20:01 - 13 Noyabr 2021 - HADİSƏ

Xudat şəhər sakini Elşən Alimova COVID-19 testnin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xudat Polis Bölməsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və o, yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Xudat PB-də araşdırma aparılır.

Xəbər xətti