Sumqayıtda itkin düşən yeniyetmə tapılıb - (YENİLƏNİB)

23:00 - 13 Noyabr 2021 - HADİSƏ

Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.

Bu barədə APA-ya itkin düşən Elcan Quliyevin atası Elmar Quliyev məlumat verib.

 

E. Quliyev bildirib ki, Səbail Rayon Polis İdarəsinin zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib: "Hazırda uşağı təhvil almaq üçün polis idarəsinə gedirik."


19:03

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.

Yeniyetmənin atası Elmar Quliyev APA-ya bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə tapılıb.
Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (055) 258-39-01, (070) 422-91-94 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

Xəbər xətti