Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
18:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.