Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi - FOTO

15:42 - 13 Noyabr 2021 - HADİSƏ

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

Ucnoqta.az qafqazinfo-ya istinadla xəbər verir ki, şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər xətti