Elmlər doktorunun meyiti mənzildə tapıldı

15:30 - 13 Noyabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Ucnoqta.az FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, meyiti tapılan Tahir Sərdarov AMEA İqtsadiyyat İnstitunun aparıcı elmiş işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Xəbər xətti