Qazaxda 175 metr rels oğurlayan 4 nəfər tutuldu

13:30 - 13 Noyabr 2021 - HADİSƏ

Qazaxda dəmir yolu xəttində oğurluq hadisəsi baş verib.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilmişdir.

Xəbər xətti