Bakıda avtomobil hasara, daha sonra maşına çırpılıb - FOTO

02:27 - 13 Noyabr 2021 - HADİSƏ

Bakının Binəqədi rayonunda yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Eldar Babayev küçəsində baş verib. Bakıda mənzildə 78 yaşlı qadının meyiti tapılıb “Toyota” markalı avtomobilin sürücüsü qəfil qarşısına çıxan nəqliyyat vasitəsini görüb idarəetməni itirib. İdarəetmədən çıxan “Toyota” daş hasarı dağıdaraq arxada hərəkətsiz dayanan “Mercedes”-ə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Parkinq xidmətinə məxsus daş hasar isə uçub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti