Bakıda maşın yol polisini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb.
Məlumata əsasən, yol polisi sürücüyə “saxla” əmri versə də, o, buna məhəl qoymayıb və YPX əməkdaşını vuraraq qaçıb.
Araz Əsgərli bildirib ki, yol patrul xidməti əməkdaşının vəziyyəti qənaətbəxşdir və məsələyə hüquqi qiymət veriləcək.