Bakıda tualetdən kişi meyiti tapıldı

18:54 - 12 Noyabr 2021 - HADİSƏ

Bakının mərkəzində meyit tapılıb.

Hadisə Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən sanitar qovşaqda (tualetdə) qeydə alınıb.

Araşdırmalar nəticəsində ölən şəxsin kimliyi müəyyən olub.
Məlum olub ki, bu, Abşeron rayon sakini 50 yaşlı Aydın İbrahimovdur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.///oxu.az

Xəbər xətti