Dağıstanda atışma olub, məscidin imamı öldürülüb

18:47 - 12 Noyabr 2021 - HADİSƏ

Dağıstanın Akuşinski rayonunun Ameterkmaxi kəndində atışma baş verib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə məişət zəminində baş verib.

Məscidin imamı öldürülüb, onun oğlu və qohumu yaralanıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İnsidenti törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.

 

Xəbər xətti