Bakıda daha iki məktəb koronavirusa görə bağlandı

14:25 - 12 Noyabr 2021 - HADİSƏ

Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb.

Koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə Məktəb-Lisey Kompleksində noyabrın 12-dən dərslərin iki həftə ərzində distant keçirilməsi qərara alınıb.

Bundan başqa, Bakı şəhəri 185 nömrəli tam orta məktəbdə də müəllimlər və şagirdlər arasında koronovirusa yoluxma halları aşkarlanıb. Həmin məktəb də bu gündən distant təhsilə keçib.
Məktəbdən Lent.az-a faktı təsdiqləyiblər. 

Xəbər xətti