Bakıda ianə qutusu oğurlandı

13:01 - 12 Noyabr 2021 - HADİSƏ

Bakıda ianə qutusu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılmış 350 manat pul olan qutusunun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov müəyyən edilərək saxlanılıb.

Xəbər xətti