Bakıda "Hummer"dən oğurluq edilib

12:51 - 11 Noyabr 2021 - HADİSƏ

Bakıda avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Sulutəpə qəsəbəsi ərazisində "Hummer" markalı bir avtomobildən içərisində pul və sənədlər olan pulqabı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini S.Yolçuyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti