Külək Bakıda dam örtüyünü uçurub, evlər işıqsız qalıb - Foto

00:03 - 11 Noyabr 2021 - HADİSƏ

Bakının Yasamal rayonunda külək iki mərtəbəli evin dam örtüyünü uçurub.

Hadisə Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.
Güclü külək nəticəsində Mirhəsən Həsənzadəyə məxsus ikimərtəbəli yaşayış evinin dam örtüyü uçub.

Uçan dam örtüyü qonşuya məxsus həyətə, digər hissəsi isə küçədə yerləşən elektrik dirəyi və naqillərə çırpılıb. Nəticədə küçədə yerləşən evlər elektrik enerjisiz qalıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.///apa


Xəbər xətti