Qaxda iki minik avtomobili toqquşub, xəsarət alan var - FOTO

23:13 - 10 Noyabr 2021 - HADİSƏ

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Qax-Qorağan avtomobil yolunun 2-ci kilometrliyində baş verib.
1990-cı il təvəllüdlü Qax rayonun Şotovar kənd sakini, Rahib Məhəmməd oğlu Məcidovun idarə etdiyi "VAZ 21099" markalı 34 BG 688 dövlət nömrə nişanlı minik avtomobili ilə 1997-ci il təvəllüdlü, Qax rayonu Əmircan kənd sakini Allahverdi Vaqif oğlu Mahmudovun idarə etdiyi “DAEWOO NEXİA” markalı 10 GE 305 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəza zamanı VAZ 21099 markalı avtomobilin sürücüsü R. Məcidov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti