Tovuzda körpə su kanalında boğularaq ölüb - FOTO

18:45 - 10 Noyabr 2021 - HADİSƏ

Tovuz rayonunda körpə su kanalına düşərək boğulub.

"Report"un məlumatına görə, hadisə rayonun Abulbəyli kəndi ərazisində qeydə alınıb.

Su kanalında batan şəxsin 2019-cu il təvəllüdlü Uğur Qəşəmov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti