Daşkəsəndə yük avtomobilinin sürücüsünün ölümü ilə bağlı cinayət işi açılıb

10:54 - 10 Noyabr 2021 - HADİSƏ

Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Man” markalı yük maşınının sürücüsü, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlu avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra yük avtomobili aşıb. Nəticədə sürücü ölüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti