Daşkəsəndə yük avtomobili dərəyə aşıb, ölən var

08:28 - 9 Noyabr 2021 - HADİSƏ

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Çaykənd kəndi yaxınlığında qeydə alınıb. Belə ki, yük maşını idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü, 1970-ci il təvəllüdlü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti