Sabirabadda "tok" 60 yaşlı kişini vuraraq öldürüb
01:00 - 7 Noyabr 2021 - HADİSƏ
Sabirabadda yaşlı kişini elektrik cərəyanı vurub.
“Report” xəbər verir ki, hadisə Bala Həşimxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Məstəliyev Şakir Ramiz oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.