Goranboyda sərxoş sürücü qəza törədib, özü xəsarət aldı

21:42 - 6 Noyabr 2021 - HADİSƏ

“VAZ 2107” markalı avtomobili idarə edən sürücü “KamAZ” markalı yük maşınına çırpıb.

Hadisə Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu ağır xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti