Bakıda itkin düşən yeniyetmə qız tapıldı - FOTO

20:53 - 6 Noyabr 2021 - HADİSƏ

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev A. ilə bağlı məlumat yayıb.

O bildirib ki, yeniyetmənin yeri müəyyən olunub:

“Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C.-nın yeri aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub. Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək”.


***

Bakıda Alina adlı yeniyetmə qız itkin düşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə Alinanın anası məlumat yayıb. Bildirir ki, qızı bu gün saat 12:30 radələrində taksi ilə evə yollanıb. Günəşlidəki “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib. Görənlər və məlumatı olanlardan Daxili işlər Nazirliyinə, yaxud anasına məlumat verməsi xahiş olunur. Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.


Xəbər xətti