Bakıda avtomobillər toqquşub, tıxac yaranıb - FOTO

17:58 - 5 Noyabr 2021 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən körpünün üzərində qeydə alınıb.

Belə ki, "Toyota" və "Chevrolet" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra körpü üzərindəki yol bağlanıb və hər iki istiqamətdə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti