Qadın sürücünün avtomobilindən narkotik çıxdı

13:04 - 5 Noyabr 2021 - HADİSƏ

Siyəzəndə avtomobildən narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçriiblər. Nəticədə Bakı şəhər sakini S.Əzizovanın idarə etdiyi “Mercedes” markalı avtomobil Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində nəzarət qaydasında saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 qram marixuana aşkar edilərək götürülüb.

Xəbər xətti