Həbs olunan Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub

22:16 - 4 Noyabr 2021 - HADİSƏ

Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub.

Ucnoqta.az APA-ya istinadın xəbər verir ki, sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib. Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti