Abşeronda sərnişin avtobusu yanıb

19:49 - 4 Noyabr 2021 - HADİSƏ

Abşeron rayonunda təmirə dayanan “Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yüksək temperaturdan yaxınlıqda dayanan “МАЗ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti