Kürdəmir rayonunda qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il avqustun 6-da şəhər sakini, 61 yaşlı Xanımqız Bədəlovanı küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib.