Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

12:20 - 3 Noyabr 2021 - HADİSƏ

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Bakı şəhər sakini R.Qarayevlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Xəbər xətti