Kürdəmirdə şum işləri aparan traktorçu ağır xəsarət alıb

22:02 - 2 Noyabr 2021 - HADİSƏ

Kürdəmirdə əkin sahəsində şum işləri aparan traktorçu ağır xəsarət alıb.

Hadisə rayonun Qarasu kəndində qeydə alınıb.
Belə ki, rayonun Qarasu kənd sakini, 26 yaşlı Teyyubov Emil Afiq oğlu əkin sahəsində traktorla iş görən zaman idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı tros yerindən çıxaraq ona çırpılıb.

Nəticədə Emil Teyyubov ağır xəsarət alaraq ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti