Ələt-Astara yolunda mikroavtobus yük maşınına çırpılıb, ölənlər var

16:01 - 2 Noyabr 2021 - HADİSƏ

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.
“FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçala rayonunun Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Qəza zamanlı xəsarət alan bir nəfər isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.///apa

Xəbər xətti