Bakıda qadının boğazı kəsilib
07:51 - 2 Noyabr 2021 - HADİSƏ
Sabunçu rayonunda qadının boğazı kəsilib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.
1964-cü il təvəllüdlü Əzizova Qətibə Xanəhməd qızının boğazı iti alətlə kəsilib. O, boğazı kəsilmiş halda əri tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisənin hansı şəraitdə və nə cür baş verdiyi araşdırılır.