Bərdədə qadın özünü kanala ataraq intihar edib

16:55 - 31 Oktyabr 2021 - HADİSƏ

Bərdədə orta yaşlı qadın özünü kanala ataraq intihar edib.

Hadisə Qarabağ kanalının rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları cəlb olunub. Xilasedicilər naməlum şəxsin meyitini kanaldan çıxararaq adiyyatı üzrə təhvil verib.

Faktla bağlı cinayət işi açılıb, intihar edənin kimliyi araşdırılır.///apa

Xəbər xətti