Bakıda kişi qonşusu tərəfindən qətlə yetirilib

08:40 - 30 Oktyabr 2021 - HADİSƏ

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Hadisə Yeni Suraxanı yaşayış sahəsində qeydə alınıb.

Sovet küçəsi, 1 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Zakir Balababa oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Z.Hüseynova ürək və qarın nahiyəsindən üç bıçaq zərbəsi vurulub. O, küçədə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs saxlanılıb.///Apa

Xəbər xətti