Göygöldə uşaq bağçasında yanğın olub

22:31 - 29 Oktyabr 2021 - HADİSƏ

Göygöl rayonunda uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti