11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanıldı

19:21 - 29 Oktyabr 2021 - HADİSƏ

İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Ucnoqta.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəblini 31 həftəlik hamiləlik diaqnozu qoyulub.
Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Xəbər xətti