Beyləqan RPŞ-nin əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar.
Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.