Azərbaycanda ata oğlunun toyuna bir gün qalmış intihar etdi

15:18 - 29 Oktyabr 2021 - HADİSƏ

Qax rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb.
Kənd sakini, 60 yaşlı Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə aşkar edilib.

Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlu Yaqub Musayevin sabah toyu olacaqmış.

Xəbər xətti