Rusiyalı hərbçilər sərhəddə qəzaya düşdü - ölən və yaralanan var

14:13 - 29 Oktyabr 2021 - HADİSƏ

Rusiya Sərhəd Qoşunlarına məxsus avtomobil Ermənistanda qəzaya düşüb. 

Ucnoqta.az xəbər verir ki, məlumatı “ShamShayn” saytı yayıb. Məlumata görə, hadisə Ararat vilayətində baş verib. Hərbi maşının dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. 

Faktla bağlı araşdırma  aparılır. 

Xəbər xətti