"Videonun montaj olduğunu bilə-bilə..." - Məleykə Əsədova əsəbiləşdi

11:36 - 29 Oktyabr 2021 - MAQAZİN

Xalq artisti Məleykə Əsədova yeni xəbərlə gündəmə gəlib.

Ucnoqta.az xəbər verir ki, sənətçinin "7 canlı" proqramına qonaq olduğu zaman səsləndirdiyi şeir montaj olunaraq kəsilib və başqa səs əlavə edilib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Xalq artisti həmin videoya etiraz edərək bunları deyib:
"Görüntülərdə "yox" sözündən sonra bəzi şərəfsizlər əzizlərinin səslərini video ilə montaj edib. Bu həm mənə, həm də Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Bununla bağlı tədbir görüləcək. Mənə maraqlıdır, bu videonun montaj olduğunu bilə-bilə niyə bəzi səhifələr də bu tərbiyəsizliyi paylaşaraq həmin şərəfsizlərə dəstək olurlar?"

Xatırladaq ki, həmin vaxt Xalq artisti şair Bəxtiyar Vahabzadənin şeirini səsləndirib.

Xəbər xətti