Bərdədə çoxmənzilli binada yanğın olub

09:40 - 29 Oktyabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb.

Ucnoqta.az-ın FHN-in saytına istinadən xəbərinə görə, Bərdə şəhərində ümumi sahəsi 640 m² olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Xəbər xətti